Azərbaycanda “Üzgüçülük hamı üçün” yarışına start veriləcək

11 Noyabr 2026 11:11
101
Azərbaycanda “Üzgüçülük hamı üçün” yarışına start veriləcək

Dekabrın 18-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” yarışına start veriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat yayılıb.

Bildirilib ki, yarışda 14 yaş kateqoriyası üzrə (10-11, 12-13, 14-15, 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40, 41-45, 46-50, 51-55, 56-60, 61 və yuxarı yaşlar) 9 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Hər yaş kateqoriyasında ölkə üzrə birinci və ikinci yerləri tutan üzgüçülər türkdilli dövlətlər arasında keçiriləcək “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.

Yarışda iştirak etmək istəyənlər 30 noyabr 2026-cı il tarixinədək https://swimming.mys.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Yarışlar dekabrın 18-də, saat 10:00-da respublikamızda fəaliyyət göstərən və qeydiyyat linkində adları göstərilmiş üzgüçülük hovuzlarında keçiriləcək.

Qeyd edək ki, sağlamlıq haqqında arayış yarış günü saat 08:00-dan 09:00-dək hakimlər heyətinə təqdim edilməlidir.

İdman.Biz