U-18 qızlardan ibarət Azərbaycan millisinin üzvü Polina Şukina Avropa çempionatının B divizionunda Norveç yığmasına qarşı keçirilən oyunun ən dəyərli basketbolçusu (MVP) seçilib.
İdman.Biz xəbər verir ki, Şukina görüşü 25 xal və 22 ribaundla başa vuraraq “double-double” edib.
Basketbolçu, həmçinin 43 effektivlik xalı toplayıb və bu göstərici ilə qarşılaşmanın MVP-si seçilib.
Qeyd edək ki, Azərbaycan millisi Norveç seçməsini 77:48 hesabı ilə məğlub edib.


