NBA əfsanəsi Don Nelson 86 yaşında vəfat etdi

9 Avqust 2026 22:57
165
NBA əfsanəsi Don Nelson 86 yaşında vəfat etdi

NBA Şöhrət Zalının üzvü , üçqat ilin məşqçisi və “Boston Seltiks”lə beşqat çempion Don Nelson 86 yaşında dünyasını dəyişib.

İdman.Biz “New York Post”a istinadən xəbər verir ki, 86 yaşlı sabiq basketbolçu və məşqçinin ölümü ailəsi tərəfindən təsdiqlənib. Ölüm səbəbi açıqlanmayıb.

Ailənin jurnalist Mark Steyn vasitəsilə yaydığı açıqlamada bildirilib ki, Nelson son həftəsini dostları və ailə üzvlərinin əhatəsində keçirib, onlar birlikdə keçmiş xatirələri yada salıblar.

Nelson basketbolçu kimi “Boston Seltiks”in heyətində beş dəfə NBA çempionu olub. Məşqçi karyerasında isə “Milwaukee Bucks”, “Golden State Warriors”, “New York Knicks” və “Dallas Mavericks” kimi komandaları çalışdırıb.

O, NBA-də 1335 qələbə ilə məşqçilər arasında bütün dövrlərin ikinci ən yüksək göstəricisinə sahibdir. Nelson üç dəfə NBA-də ilin məşqçisi seçilib və 2012-ci ildə Basketbol Şöhrət Zalına daxil edilib.

Nelson xüsusilə sürətli hücum, mövqesiz basketbol və “point-forward” yanaşmasının inkişafında mühüm rol oynayan məşqçilərdən biri hesab olunur. 2007-ci ildə onun rəhbərlik etdiyi “Golden State Warriors” pley-offda əsas mərhələni birinci pillədə başa vuran “Dallas Mavericks”i mübarizədən kənarlaşdıraraq NBA tarixinin ən yaddaqalan sensasiyalarından birinə imza atmışdı.

İdman.Biz
Məqalədə: