“Ordu” komandasının amerikalı basketbolçusu Cermeyn Hed Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm üçün B qrupunun ən dəyərli oyunçusu (MVP) seçilib.
İdman.Biz-in məlumatına görə, mükafatlandırma mərasimi Azərbaycan Basketbol Liqasının dörddəbir finalının “Ordu” və “Gəncə” arasında ilk oyunundan əvvəl baş tutub.
“Ordu” komandası gərgin keçən oyunda “Gəncə”ni 108:106 hesabı ilə məğlub edib.
