Fevral ayında əməliyyat olunan Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadənin son durumu açıqlanıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 72 kq çəki dərəcəsində çıxış edən idmançı fərdi məşqlərə başlayıb.
O, iyulda keçiriləcək reytinq tunirinə kimi heç bir yarışda iştirak etməyəcək. Əsas məqsəd Ülvünün oktyabrda Bəhreyndə təşkil olunacaq dünya çempionatına tam olaraq hazır olmasıdır.
Ülvü Qənizadə karyerası ərzində dünya və Avropa çempionu olub.
