AÇ: Kotsoyev 1/4 finala yüksəldi - YENİLƏNİR\VİDEO

19 Aprel 2026 11:45
399
AÇ: Kotsoyev 1/4 finala yüksəldi

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində ukraynalı Yaroslav Davıdçuku məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Bu gün tatamiyə çıxan digər idmançılarımızdan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) isə mübarizəni erkən dayandırıblar.

11:09

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Tbilisidə keçirilən Avropa çempionatında çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində Almaniya cüdoçusu Erik Abramovla qarşılaşıb və bu görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

Bu gün tatamiyə çıxan digər idmançımız Madina Kaisinova (+78 kq) da turnirlə erkən vidalaşıb.

10:28

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/16 finalda Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə üz-üzə gəlib və rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib.

Bu gün Azərbaycan millisinin daha iki üzvü də tatamiyə çıxacaq. Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) öz çəkilərində mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

10:28

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı bu gün başa çatır.

İdman.Biz xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə başlayacaq. Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.

100 kq çəki dərəcəsində Kotsoyev 1/16 finalda Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə qarşılaşacaq. +100 kq-da Nəsibov 1/8 finaldan mübarizəyə qoşulacaq və Fransa təmsilçisi Mateo Akiana Monqo ilə Almaniyadan Erik Abramovun duelinin qalibi ilə üz-üzə gələcək. +78 kq-da isə Kaisinova 1/16 finalda rusiyalı Elis Startseva ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının aktivində artıq 4 medal var. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc mükafat qazanıblar.

İdman.Biz