Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birinciliyinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, oğlan və qız cüdoçuların mübarizə apardığı turnirdə yer tutmuş idmançılar təltif ediliblər.
Medalları Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katibinin müavini və idman direktoru Kamran Talıbov, eləcə də elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev təqdim ediblər.
Qeyd edək ki, Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş birincilikdə 2014–2015-ci il təvəllüdlü oğlan və qız cüdoçular mübarizə aparıblar. Yarışda ümumilikdə 250 cüdoçu iştirak edib.
Turnirin məqsədi şəhid İlqar Hümbətovun əziz xatirəsinin yad edilməsi, yeniyetmələr arasında cüdo idman növünün təbliği və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.
