Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının üçüncü turu keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
İyulun 29-dan 31-nə qədər Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 86 klub və idman cəmiyyətindən 670 idmançı (523 oğlan, 147 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
Bu, cari ildə U-17 Liqa yarışının son turudur və idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.
