Azərbaycan qadın cüdo millisinin üzvü Gültac Məmmədəliyeva Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Açıq Turnirində medal qazanıb.
İdman.Biz xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışı üçüncü pillədə başa vurub.

Gültac Məmmədəliyeva bürünc medal uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib. Bu nəticə ilə Azərbaycan millisinin turnirdəki medal sayı üçə çatıb.
Yarışın ilk günündə Fidan Əlizadə 63 kq-da gümüş medala sahib çıxıb. Madina Kaisinova isə 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.
