Cüdoçularımız Avropa Açıq Turnirində iki medal qazanıblar

6 İyun 2026 20:36
128
Cüdoçularımız Avropa Açıq Turnirində iki medal qazanıblar

Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub.

İdman.Biz bildirir ki, Fidan Əlizadə (-63 kq) gümüş medal qazanıb. Madina Kaisinova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Sabah daha 5 qadın cüdoçumuz mübarizəyə qoşulacaq.

İdman.Biz