8–9 iyun tarixlərində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Sumqayıtda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
İdman.Biz bildirir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
