Futbol üzrə Misli Premyer Liqasının 28-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada "Sabah" "Qarabağ"ı minimal hesabla məğlub edib.
İdman.Biz xəbər verir ki, 45-ci dəqiqədə hesabı açan Abdullax Xaybullayev ikinci hissədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. "Sabah" 10 nəfərlə mübarizə aparmasına baxmayaraq, sona qədər qələbə hesabını qoruya bilib.
Bu nəticədən sonra "Sabah" xallarını 69-a çatdıraraq sona beş tur qalmış ən yaxın izləyici olan “Qarabağ”ı (56) 13 xal qabaqlayıb.
21:12
Qol müəllifi Abdullax Xaybullayev Coni Montielə qarşı etdiyi kobudluğa görə meydandan qovulur. Etiraza görə "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas və köməkçisi də sarı vərəqə ilə cəzalandırılır.
20:19
Abdullax Xaybullayev birinci hissənin son dəqiqəsində "Sabah"ı hesabda önə çıxarır - 0:1.
19:28
Misli Premyer Liqasının 28-ci turu çərçivəsində günün ikinci qarşılaşması - “Qarabağ” - “Sabah” oyunu başladı.
18:38
İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sabah” qarşılaşması üçün hər iki komandanın start heyəti açıqlanıb:
“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
"Sabah": 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 83. Stefan Ende
Baş məşqçi: Valdas Dambrauskas
10:21
Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turu çərçivəsində ikinci qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Qarabağ” “Sabah”ı qəbul edəcək.
Oyun saat 19:30-da başlayacaq. “Qarabağ” 56 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 66 xala malik “Sabah” isə liderdir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 28-ci tur
18 aprel
19:30. “Qarabağ” - “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Tural Qurbanov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.
