Çempionlar Liqası: “Bavariya”dan dramatik qələbə, heç-heçə “Arsenal”ı yarımfinala daşıyır - YENİLƏNİB + VİDEO

16 Aprel 2026 00:56
1 438
Çempionlar Liqası: “Bavariya”dan dramatik qələbə, heç-heçə “Arsenal”ı yarımfinala daşıyır

“Bavariya” - “Real Madrid” oyunu başa çatıb.

Münhen klubu oyundan qalib ayrılıb - 4:3. 90+4-cü dəqiqədə Maykl Olise Almaniya klubunun qələbə topunu vurub. İlk oyundan da 2:1 hesabı ilə qalib ayrılmış Almaniya komandası adını yarımfinala yazdırıb.

Yarımfinalda “Bavariya” PSJ ilə qarşılaşacaq. Digər yarımfinalda “Atletiko” və “Arsenal” üz-üzə gələcəklər.

00:51

Çempionlar Liqasının dörddəbir final mərhələsinin “Arsenal” - “Sportinq” oyunu başa çatıb.

Matçda hesab açılmayıb - 0:0. İlk oyunda 1:0 qalib gələn İngiltərə klubu yarımfinala çıxıb. Orada onların rəqibi "Atletiko Madrid" olacaq.

00:51

“Bavariya” - “Real Madrid” oyununda hesab yenə dəyişib.

Oyunun 89-cu dəqiqəsində Luis Diaz hesabda tarazlıq yaradıb - 3:3. Daha əvvəl 86-cı dəqiqədə madridlilərin oyunçusu Eduardo Kamavinqa qırmızı vərəqə alaraq meydançanı tərk edib.

23:46

“Bavariya” - “Real Madrid” oyununda hesab yenə dəyişib.

Oyunun 42-ci dəqiqəsində Kilian Mbappe komandasını irəli çıxarıb - 2:3.

23:40

“Bavariya” - “Real Madrid” oyununda hesab yenə dəyişib.

Oyunun 38-ci dəqiqəsində Harri Keyn hesabı bərabərləşdirib - 2:2.

23:33

“Bavariya” - “Real Madrid” oyununda hesab dəyişib.

Oyunun 29-cu dəqiqəsində Arda Gülər oyunda ikinci qolunu vurub - 1:2.

23:09

“Bavariya” - “Real Madrid” oyununda hesab bərabərləşib.

Oyunun 6-cı dəqiqəsində Aleksandar Pavloviç hesabı bərabərləşdirib - 1:1.

23:04

“Bavariya” - “Real Madrid” oyununda hesab açılıb.

Oyunun birinci dəqiqəsində Arda Gülər hesabı açıb - 0:1.

23:00

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulur.

İdman.Biz xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilir.

İspaniya təmsilçisi “Real Madrid” səfərdə Almaniyanın “Bavariya” klubunun qonağıdır.

İngiltərənin “Arsenal” komandası isə doğma meydanda Portuqaliya təmsilçisi “Sportinq”lə üz-üzə gəlir.

09:10

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

İspaniya təmsilçisi “Real Madrid” səfərdə Almaniyanın “Bavariya” klubunun qonağı olacaq. İngiltərənin “Arsenal” komandası isə doğma meydanda Portuqaliya təmsilçisi “Sportinq”lə üz-üzə gələcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
15 aprel
23:00. “Arsenal” (İngiltərə) - “Sportinq” (Portuqaliya)

İlk oyun - 1:0
23:00. “Bavariya” (Almaniya) - “Real” (İspaniya)
İlk oyun - 2:1

Qeyd edək ki, artıq “Atletiko” (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.

İdman.Biz