Niderlandın “Feyenoord” futbol klubunun baş məşqçisi Robin van Persi vəzifəsindən qovulub.
İdman.Biz xəbər verir ki, Rotterdam təmsilçisinin rəhbərliyi 42 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməmək qərarına gəlib.
Van Persi komandaya 2025-ci ilin fevralında baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulsa da, tərəflərin yolları erkən ayrılıb.
Məlumata görə, qərarın verilməsində komandanın ötən mövsüm Niderland çempionu ola bilməməsi, heyət daxilində yaşanan narazılıqlar və Kuinten Timberlə münasibətlərdə yaranan gərginlik əsas rol oynayıb.
Bundan başqa, fevralda Rahim Sterlinqin transferi də suallar doğurub. İngiltərəli hücumçu “Feyenoord”da gözləntiləri doğrulda bilməyib və komandaya qol töhfəsi
verməyib.
View this post on Instagram
