Millimizin 3x3 basketbol yığması Dünya Kubokunda Almaniya ilə qarşılaşacaq

6 İyun 2026 09:18
145
Millimizin 3x3 basketbol yığması Dünya Kubokunda Almaniya ilə qarşılaşacaq

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti görüşünü keçirəcək.

İdman.Biz xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Almaniya ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.

İdman.Biz