Basketbol yığmamız Dünya Kubokunda növbəti oyunlarını keçirəcək

2 İyun 2026 10:13
452
Basketbol yığmamız Dünya Kubokunda növbəti oyunlarını keçirəcək

Sabah Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Polşanın paytaxtı Varşavada start götürən Dünya Kubokunda növbəti oyunlarına çıxacaq.

İdman.Biz xəbər verir ki, A qrupunda yer alan yığmamız əvvəlcə Çexiya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:05-də start götürəcək.

Millimiz günün ikinci matçında isə Polşa seçməsi ilə qarşılaşacaq. Bu görüş saat 20:55-də başlayacaq.

Qeyd edək ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv dünən A qrupunda Niderlandla üz-üzə gəlib və qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 19:13. Yığma qrup mərhələsindəki ilk matçında isə Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.

3x3 basketbol üzrə Dünya Kubokuna iyunun 7-də yekun vurulacaq.

İdman.Biz