Ələkbər Həsənov FIBA-nın Bolqarıstanda keçirilən seminarında təmsil olunub - FOTO

3 İyun 2026 16:12
109
Ələkbər Həsənov FIBA-nın Bolqarıstanda keçirilən seminarında təmsil olunub - FOTO

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Azərbaycanda milli təlimçisi Ələkbər Həsənov qurumun Bolqarıstanın Samokov şəhərində təşkil etdiyi seminarda iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, mayın 29-dan iyunun 1-dək davam edən tədbirdə Avropa ölkələrinin basketbol federasiyalarının nümayəndələri bir araya gəliblər.

Seminar çərçivəsində qaydalardakı yeniliklər, hakimlik meyarları, referilərin hazırlanması prosesi və ədalət təmsilçiliyinin keyfiyyətinin artırılması ilə bağlı mövzular müzakirə olunub.

İdman.Biz