Azərbaycanın 3x3 basketbol üzrə oğlan və qızlardan ibarət komandaları Belarusun paytaxtı Minskə yollanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, yığmalar Belarusun 3x3 basketbol üzrə “Palova” Milli Liqasının ikinci mərhələsində iştirak edəcəklər.
Bu gün start götürəcək yarış iyulun 26-dək Minsk şəhərində təşkil olunacaq.

