“Real Madrid” Türkiyə çempionu ilə müqavilə imzalayıb

23 İyul 2026 18:46
87
“Real Madrid” Türkiyə çempionu ilə müqavilə imzalayıb

Avroliqa komandası “Real Madrid”in mətbuat xidməti hücumçu mövqeyində oynayan 26 yaşlı finlandiyalı basketbolçu Mikael Yantunen ilə müqavilə imzaladığını açıqlayıb.

İdman.Biz bildirir ki, müqavilə 2027/28 mövsümünün sonunadəkdir.

Finlandiya milli komandasının üzvü olan Yantunen, bu ölkələrdə digər kuboklarla yanaşı, Belçika, Fransa və Türkiyə çempionluqlarını qazanıb. O, 2023/24 mövsümündə “Paris”lə Avrokuboku qazanıb. Ötən mövsüm “Fənərbağça” ilə Türkiyə Liqası çempionluğunu, Türkiyə Kubokunu və Türkiyə Superkubokunu qazanıb.

Ötən mövsüm “Fənərbağça” “Dördlər Finalı”na yüksəlib və yarımfinalda “Olimpiakos”a 61:79 hesabı ilə məğlub olub.

İdman.Biz