18 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının B Divizionunda keçirəcəyi qarşılaşmaların tarixləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, B qrupunda yer alan yığmamız turnirdə ilk oyununu iyulun 24-də Polşa seçməsinə qarşı keçirəcək.
Komandamız daha sonra iyulun 25-də Ukrayna, iyulun 26-da İslandiya, iyulun 28-də Portuqaliya və iyulun 29-da Çexiya yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatının B Divizionunun oyunları Xorvatiyada təşkil olunacaq.
