Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisinin üzvü Emmanuel Aqbason FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti dəfə matçın ən dəyərli oyunçusu (MVP) seçilib.
İdman.Biz xəbər verir ki, basketbolçu Niderland millisi ilə görüşdə 19 xal, 10 ribaund və 5 blokla yadda qalıb.
O, bu performansı ilə 28 effektivlik xalı toplayaraq matçın MVP-si adına layiq görülüb.
Qeyd edək ki, Emmanuel Aqbason turnirdə daha əvvəl də Şimali Makedoniya ilə keçirilən oyunda “triple-double” edərək tarixə düşüb.
Beləliklə, o, B divizionunda bir “triple-double” və iki MVP performansına imza atıb.
