“LANDAU Lions” basketbol klubu litvalı 36 yaşlı Gediminas Oreliklə yeni müqavilə imzalayıb.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, basketbolçu daha bir mövsüm “Şirlər”in şərəfini qoruyacaq.
Buna qədər komanda Ceyms Freyzerlə iki illik yeni müqavilə imzalamışdı.
Qeyd edək ki, “LANDAU Lions” Trevion Lamar, Ceylon Şou, Arinze Çidom və kapitan Aubrey Makalpaynla başa çatan müqavilələri yeniləməyib.
