“Gəncə” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Murat Dikmenin rəhbərlik etdiyi kollektiv yeddinci tur çərçivəsində səfərdə Yunanıstanın “Kolossos” klubu ilə qarşılaşacaq.
Falirakidəki “Kalliteya” zalında keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Gəncə” əvvəlki altı görüşdə yalnız bir qələbə qazanıb. Altı xala malik Azərbaycan təmsilçisi qrupda sonuncu - altıncı pillədə qərarlaşıb. Komanda Bolqarıstanın “Rilski Sportist” klubu ilə səfər oyununa getmədiyi üçün 0:20 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
