“LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv yeddinci turda Slovakiyanın “Prievidza” klubu ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında təşkil olunacaq G qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “LANDAU Lions” əvvəlki altı oyunda yalnız bir qələbə qazanıb. Azərbaycan təmsilçisi yeddi xalla qrupda sonuncu - altıncı pillədə qərarlaşıb.
