ABŞ-ın Victor Valley kolleci komandasının qadın basketbolçusu Ceni Uolles 20 yaşında avtomobil qəzasında faciəvi şəkildə həlak olub.
İdman.Biz-in Daily Mail qəzetinə istinadən məlumatına görə, hadisə 15 iyulda ABŞ-ın Kaliforniya ştatının Cajon Pass şəhərindəki 15 nömrəli magistral yolda baş verib.
Polisin məlumatına görə, Uollesin “Hyundai Veloster” avtomobili yoldan çıxaraq dik yamacda aşıb.
Hadisə yerinə gələn xilasedicilər avtomobili yolun təxminən 25 metr aşağısında damında, dağıntılardan tüstü çıxdığını aşkar ediblər. Avtomobilin içərisində üç nəfər olub və xilasedicilər zərərçəkənləri çıxarmaq üçün texniki xilasetmə əməliyyatına ehtiyac duyublar. Uolles hadisə yerində ölüb.
