Xorvatiyada keçiriləcək FIBA Avropa Çempionatının B divizionunda iştirak edəcək Azərbaycanın U-18 oğlan basketbol millisinin heyəti açıqlanıb.
İdman.Biz xəbər verir ki, siyahıda aşağıdakı basketbolçular yer alıb:
1. Musa İsayev
2. İsmayıl Abdullayev
3. Emmanuel Obason
4. Mübariz Mirzəyev
5. Tamerlan Novruzlu
6. Azər İbrahimov
7. Tunar Hacızadə
8. Oğuzxan Quliyev
9. Hüseyn Qaflanov
10. Hacısəməd Oğuz
11. Ayxan Aslanov
12. Hüseyn Məmmədov
Qeyd edək ki, U-18 oğlanlardan ibarət millimiz sabah FIBA Avropa Çempionatının B divizionunda mübarizəyə başlayacaq. İlk qarşılaşmada komandamız Polşa yığması ilə qarşılaşacaq.
