Millimiz Dünya Kubokunun play-in mərhələsində - YENİLƏNİB

3 İyun 2026 21:27
852
Millimiz Dünya Kubokunun play-in mərhələsində

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

İdman.Biz-in məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv meydan sahibləri Polşa ilə üz-üzə gəlib.

Görüş Azərbaycan millisinin 20:13 hesablı qələbəsi ilə başa çatıb.

Bu, gün ərzində millimizin qazandığı ikinci qələbədir. Daha öncə yığmamız Çexiyanı məğlub etmişdi - 14:11.

Polşa üzərində qələbə millimizin qrup ikinciliyini rəsmiləşdirib. Qeyd edək ki, millimiz 1/4 final mərhələsinə vəsiqə uğrunda D qrupunun üçüncüsü ilə play-in görüşündə qarşılaşacaq.

19:54

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

İdman.Biz-in məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.

Görüş Azərbaycan millisinin 14:11 hesablı qələbəsi ilə başa çatıb.

Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

09:54

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Polşanın paytaxtı Varşavada start götürən Dünya Kubokunda növbəti oyunlarına çıxacaq.

İdman.Biz xəbər verir ki, A qrupunda yer alan yığmamız əvvəlcə Çexiya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:05-də start götürəcək.

Millimiz günün ikinci matçında isə Polşa seçməsi ilə qarşılaşacaq. Bu görüş saat 20:55-də başlayacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

3x3 basketbol üzrə Dünya Kubokuna iyunun 7-də yekun vurulacaq.

İdman.Biz