İspaniyanın “Real Madrid” futbol klubunda prezident seçkilərinin qalibi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Florentino Peres səsvermədə qalib gələrək klub prezidenti postunda qalıb.
Məlumata görə, 79 yaşlı funksioner seçkidə səslərin 64,1 faizini toplayıb. Onun əsas rəqibi Enrike Rikelme isə məğlub olub.
Bu seçki “Real Madrid” üçün uzun fasilədən sonra rəqabətli keçən ilk prezident seçkilərindən biri kimi diqqət çəkib. Klub üzvləri Valdebebasdakı “Real Madrid” şəhərciyində səs veriblər. Gün ərzində İspaniya mətbuatında Peresin üstünlüyü barədə müxtəlif “exit-poll” nəticələri dərc olunub.
View this post on Instagram
