Osimhen qol vurdu, “Qalatasaray” “Renn”lə heç-heçə etdi

3 Avqust 2026 02:53
105
Osimhen qol vurdu, “Qalatasaray” “Renn”lə heç-heçə etdi

Türkiyənin “Qalatasaray” futbol komandası yeni mövsüm öncəsi dördüncü yoxlama oyununda Fransanın “Renn” komandası ilə 3:3 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, RAMS Parkda keçirilən qarşılaşmada İstanbul təmsilçisinin qollarını Viktor Osimhen, Qabriel Sara və Barış Alper Yılmaz vurublar.

Osimhen 18-ci dəqiqədə baş zərbəsi ilə hesabı açıb. “Renn” Arno Kalimuendo Lepolun qolu ilə tarazlığı bərpa edib və ilk hissə 1:1 hesabı ilə yekunlaşıb.

Sara 49-cu dəqiqədə “Qalatasaray”ı yenidən önə çıxarıb. Lakin Lepol 58-ci və 61-ci dəqiqələrdə fərqlənərək het-trikini tamamlayıb və Fransa təmsilçisini hesabda irəli keçirib.

Barış Alper Yılmaz 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını məğlubiyyətdən xilas edib - 3:3.

Qarşılaşmadan əvvəl təxminən 10 min “Qalatasaray” azarkeşi rəhbərliyə transferlərlə bağlı etiraz edib. Tərəfdarlar matç ərzində “Dursun Özbək, transferlər haradadır” şüarını səsləndiriblər.

“Bernli”dən icarəyə götürülən fransalı yarımmüdafiəçi Lesli Uqoçukvu ilk dəfə RAMS Parkda “Qalatasaray” azarkeşləri qarşısında meydana çıxıb. O, əsas heyətdə başladığı görüşdə 61 dəqiqə oynayıb.

Okan Burukun komandası son yoxlama matçını 8 avqustda RAMS Parkda İspaniyanın “Vilyarreal” komandasına qarşı keçirəcək.

İdman.Biz