Argentina futbol millisinin yarımmüdafiəçisi Valentin Barko “Strasbur”dan İngiltərənin “Çelsi” komandasına keçib.
İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu yeni komandası ilə 2033-cü ilin yayınadək müqavilə bağlayıb. Transferin maliyyə detalları açıqlanmayıb.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Barko sol cinah müdafiəçisi və vinger kimi də oynaya bilir. O, ötən mövsüm Fransa Liqa 1-də 27 matç keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə verib.
“Çelsi” və “Strasbur” ABŞ-li “BlueCo” konsorsiumunun idarəetmə strukturuna daxildir.
Xatırladaq ki, Barko 2026-cı il dünya çempionatının Argentina - İngiltərə yarımfinalından sonra Cud Bellinqemlə yaşadığı qarşıdurma ilə də gündəmə gəlib. Qarşılaşmada meydana çıxmayan yarımmüdafiəçi Argentina millisinin bərabərlik qolundan sonra ingiltərəli futbolçuların qarşısında nümayişkaranə şəkildə sevinib.
Argentina millisinin 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Bellinqem Barkonun başının arxa hissəsinə əli ilə zərbə endirib. Futbolçuların müdaxiləsindən sonra qarşıdurma böyümədən dayandırılıb.
