Bir dəqiqədə edilən iki kobud səhvin acı nəticəsi - VİDEO

3 Avqust 2026 00:44
101
Bir dəqiqədə edilən iki kobud səhvin acı nəticəsi - VİDEO

Argentinanın “Quilmes” futbol komandası ölkə çempionatında bir dəqiqə ərzində buraxdığı iki qeyri-adi qolla diqqət mərkəzinə düşüb.

İdman.Biz “Olé”yə istinadən xəbər verir ki, hadisə Primera Nasionalın B zonasında “Patronato” ilə keçirilən 23-cü turun oyununda baş verib.

“Quilmes”in müdafiəçisi Lukas Romeo 10-cu dəqiqədə rəqib futbolçuların təzyiqi olmadan topu öz qapısına göndərib. Cəmi bir dəqiqə sonra qapıçı Qonsalo Marinellinin zərbəsinin qarşısını Valentin Pereyra kəsib və boş qapını dəqiq nişan alıb.

İkinci qol o qədər tez vurulub ki, yayım rejissoru həmin vaxt birinci qolun təkrarını göstərib. Kameralar yenidən canlı yayıma qayıtdıqda top artıq qapıdan keçib.

“Quilmes” ilk hissədə 1:3 hesabı ilə geri düşsə də, fasilədən sonra geridönüş edərək görüşü 3:3 hesablı heç-heçə ilə başa vurub.

İdman.Biz