İtaliyanın “Milan” futbol komandasının müdafiəçisi Fikayo Tomori “Liverpul”un transfer siyahısına daxil edilib.
İdman.Biz “Tutto Juve”ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 28 yaşlı futbolçunun keçidi ilə bağlı “Milan”la ilkin əlaqə saxlayıb. Tərəflərin mümkün transferin maliyyə şərtlərini müəyyənləşdirmək üçün danışıqlar apardığı bildirilir.
“Liverpul”un müdafiə xəttindəki problemlər Co Qomesin zədələnməsindən sonra daha da artıb. Vircil van Deyk dünya çempionatında Niderland millisində çıxış etdiyi üçün mövsümöncəsi hazırlığa qoşulmayıb, Covanni Leoni isə ciddi diz zədəsindən sonra bərpa prosesini davam etdirir.
Baş məşqçi Andoni İraolanın sərəncamında mərkəz müdafiəçisi mövqeyi üçün Jeremi Jake, Mor Talla Ndiaye və İfe Ndukve kimi gənc futbolçular qalıb. Sağ cinah müdafiəçisi Lyuk Çembers də yoxlama oyunlarında həmin mövqedə çıxış edib.
Tomorinin “Milan”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. İngiltərə millisinin futbolçusu 2021-ci ildə “Çelsi”dən İtaliya komandasına keçib və 2021/2022 mövsümündə A Seriyasının qalibi olub.
“Milan”ın baş məşqçisi Ruben Amorimin müdafiəçinin çıxışından tam razı olmadığı və uyğun təklif gələcəyi halda onun satışına etiraz etməyəcəyi vurğulanır. Tomori ilə “Yuventus”un da maraqlandığı qeyd olunur.
