Buffon: “Qvardiola da İtaliyaya nəticə zəmanəti vermirdi”

2 Avqust 2026 22:49
103
Buffon: “Qvardiola da İtaliyaya nəticə zəmanəti vermirdi”

İtaliya futbol millisinin sabiq qapıçısı Canluici Buffon Pep Qvardiolanın yığmaya təyin olunmasının uğura zəmanət verməyəcəyini bildirib.

İdman.Biz “La Gazzetta”ya istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi vəzifəsi üçün ispaniyalı mütəxəssisin namizədliyini nəzərdən keçirib. Lakin Qvardiola təklifi qəbul etməyib.

“Onun adı belə komandaya ciddi təkan verə bilərdi və buna ehtiyacımız vardı. Ancaq Qvardiolanın rəhbərliyi altında da nəticəyə zəmanət yox idi. O, 30 ildir ən yaxşılardan biridir, amma yalnız klublarda çalışıb. Milli komanda tamamilə fərqli məsələdir”, - deyə Buffon bildirib.

Sabiq qapıçı İtaliya millisinin baş məşqçisi seçimi ona həvalə olunsaydı, ilk növbədə Antonio Kontenin namizədliyini irəli sürəcəyini də qeyd edib.

İdman.Biz