Şotlandiyanın “Hawick Royal Albert” futbol komandasının yarımmüdafiəçisi Pol Tansi azarkeşlə qarşıdurmaya görə qırmızı vərəqə alıb.
İdman.Biz xəbər verir ki, hadisə Şotlandiya Kubokunun ilkin mərhələsində “Penicuik Athletic”lə keçirilən oyunun 88-ci dəqiqəsində baş verib.
Əvəzlənən Tansi formasını çıxardıqdan sonra tribunaya qalxaraq oyun ərzində ona söz atan azarkeşə tərəf yönəlib və onunla dalaşmaq istəyib. Digər şəxslər futbolçu ilə tamaşaçı arasında mümkün qarşıdurmanın qarşısını alıblar. Bundan sonra hakim yarımmüdafiəçiyə birbaşa qırmızı vərəqə göstərib.
“Hawick Royal Albert” əsas vaxtın sonlarında hesabı bərabərləşdirsə də, əlavə vaxtda qol buraxaraq 1:2 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.
