Arauxonun Dünya Çempionatı startı sual altında

8 İyun 2026 00:49
109
Arauxonun Dünya Çempionatı startı sual altında

İspaniyanın “Barselona” futbol komandasının müdafiəçisi Ronald Arauxo Uruqvay millisinin Dünya Çempionatındakı ilk oyununu buraxa bilər.

İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçunun Səudiyyə Ərəbistanına qarşı start heyətdə yer almamaq ehtimalı var. Buna səbəb onun turnir öncəsi yüngül əzələ problemi yaşaması və qrip əlamətləri ilə üzləşməsidir.

Arauxo Uruqvay millisinin ABŞ-yə yollanmasından əvvəl son məşqi buraxıb. Zədənin ciddi olmadığı bildirilsə də, yığmanın tibbi heyəti riskə getməmək üçün futbolçunun durumuna ehtiyatla yanaşır.

Uruqvay millisinin məşqçilər korpusu müdafiəçini ilk görüşdə ehtiyatda saxlamağı nəzərdən keçirir. Belə olacağı halda müdafiədə Gilyermo Varela şans qazana bilər.

Arauxonun turnirin gedişində sağ cinah müdafiəçisi kimi də istifadə olunması mümkündür. Onun 22 iyunda Kabo-Verde ilə keçiriləcək ikinci qrup oyununa tam hazır olacağı gözlənilir. Məşqçilər korpusu futbolçunun 27 iyunda İspaniyaya qarşı son qrup matçına optimal formada çıxmasını hədəfləyir.

Qeyd edək ki, Uruqvay millisi Dünya Çempionatının H qrupunda Səudiyyə Ərəbistanı, Kabo-Verde və İspaniya ilə mübarizə aparacaq. Komanda turnirdə ilk oyununu 15 iyunda Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

İdman.Biz