Eriksenlə bağlı qorxulu anlar: Huşunu itirdi, oyun dayandı - VİDEO

7 İyun 2026 22:24
104
Eriksenlə bağlı qorxulu anlar: Huşunu itirdi, oyun dayandı - VİDEO

Danimarka millisinin futbol yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna ilə yoldaşlıq matçında huşunu itirib.

İdman.Biz xəbər verir ki, hadisə Danimarkanın Odense şəhərində yerləşən “EWII Park” stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində baş verib.

Tibbi heyət dərhal meydana daxil olub və oyun dayandırılıb. Görüntülərə əsasən, Eriksen bir müddət sonra özünə gəlib və tribunaların alqışları altında meydanı tərk edib. Matç 75-ci dəqiqədə dayandırılıb və daha sonra davam etdirilməyib. Hadisə zamanı Danimarka millisi 2:1 hesabı ilə öndə olub.

Görüşdə hesabı 13-cü dəqiqədə Patrik Dorqu açıb. 36-cı dəqiqədə Yoakim Mele meydan sahiblərinin üstünlüyünü artırıb. Ukrayna millisinin yeganə qolunu isə 44-cü dəqiqədə Viktor Tsıqankov vurub.

Daha sonra Danimarka millisi Eriksenin huşunun özünə gəldiyini açıqlayıb.

Qeyd edək ki, Eriksen 2021-ci ildə Avropa çempionatında Danimarka - Finlandiya matçında da meydanda huşunu itirib. Həmin hadisədən sonra futbolçu müalicə alaraq peşəkar karyerasını davam etdirib.

İdman.Biz