Emeri UEFA Superkuboku matçlarının hamısından məğlub ayrılıb

13 Avqust 2026 06:17
324
Emeri UEFA Superkuboku matçlarının hamısından məğlub ayrılıb

Unai Emeri keçirdiyi UEFA Superkuboku oyunlarının dördünün hamısında məğlub olub.

İdman.Biz bildirir ki, ispan məşqçinin rəhbərliyi altında “Aston Villa” PSJ-yə 1:2 hesabı ilə məğlub olaraq kuboku əldən verib.

Emeri əvvəllər “Sevilya” ilə iki dəfə UEFA Superkubokunda məğlub olub - 2014-cü ildə “Real Madrid”ə (0:2) və 2015-ci ildə “Barselona”ya (4:5). 2021-ci ildə Unainin rəhbərliyi altında “Vilyarreal” “Çelsi”yə (1:1, penaltilərdə 5:6) məğlub olub.

Emeri məşqçilik karyerasında bu kuboku heç vaxt qazanmayıb.

İdman.Biz