“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi atasının vəfatından sonra ilk dəfə rəsmi matçda meydana çıxıb.
İdman.Biz xəbər verir ki, 39 yaşlı futbolçu Liqalar Kubokunda Meksikanın “Leon” klubu ilə keçirilən qarşılaşmanın ikinci hissəsində oyuna daxil olub. Bu, Messinin atası Xorxe Messinin vəfatından sonra ilk matçı olub.
Argentinalı ulduz ilk hissəni ehtiyat oyunçular skamyasında keçirib. Fasilədən sonra meydana çıxan Messi 45 dəqiqə ərzində rəqib qapısına üç zərbə endirib, 24 ötürmə verib və onların 80 faizində dəqiq olub. O, həmçinin dörd açar ötürmə edib və beş künc zərbəsi yerinə yetirib.
Messinin dönüşü komandasını məğlubiyyətdən xilas etməyib. “İnter Mayami” qarşılaşmada “Leon”a 2:3 hesabı ilə uduzaraq Liqalar Kubokunda mübarizəni dayandırıb.
Xatırladaq ki, Lionel Messinin atası və uzun illər onun karyerasında mühüm rol oynayan Xorxe Messi 68 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
