“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda təsnifat mərhələsinin cavab oyununu keçirib.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi Estoniyanın “Parnu” kollektivi ilə səfərdə üz-üzə gəlib. Qarşılaşma “Neftçi”nin 61:73 hesablı məğlubiyyəti ilə başa çatıb.
İlk hissə 19:19 hesabı ilə başa çatıb. Növbəti hissələrdə isə meydan sahibləri 21:17, 17:13 və 16:12 hesabları ilə üstün olublar.
“Neftçi”nin heyətində ən məhsuldar basketbolçu 18 xal toplayan Elayca Hokins olub. Rob Hovard 12, Zəkəriyyə Hiks 11, Şakael Prays isə 9 xal toplayıb.
Məğlubiyyətə baxmayaraq, Bakı təmsilçisi ilk oyundakı nəticə sayəsində mərhələni keçib. “Neftçi” Bakıda keçirilən görüşdə “Parnu”nu 80:67 hesabı ilə məğlub edib. Beləliklə, iki oyunun ümumi nəticəsində Azərbaycan klubu 141:140 hesabı ilə üstün olub.
“Neftçi” əsas mərhələdə H qrupunda Rumıniyanın “Oradya”, İsveçrənin “Fribur Olimpik”, Latviyanın VEF, Yunanıstanın “Mikonos” və Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandaları ilə qarşılaşacaq.
09:38
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, “ağ-qaralar” təsnifat mərhələsinin cavab görüşündə Estoniyanın “Parnu” klubu ilə üz-üzə gələcək.
Səfərdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bakıda baş tutan ilk matçda “Neftçi” rəqibini 80:67 hesabı ilə məğlub edib.
Qeyd edək ki, cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.
