Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürüb.
İdman.Biz xəbər verir ki, açılış turunun ilk matçında ölkənin son çempionu “Sabah” “LANDAU Lions”la üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilən qarşılaşma “Sabah”ın 84:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Basketbol Liqasının ilk turunun digər oyunları oktyabrın 2, 3 və 4-də keçiriləcək.
10:07
Azərbaycan Basketbol Liqasında 2026/2027 mövsümünə bu gün start veriləcək.
İdman.Biz xəbər verir ki, birinci turun açılış oyununda son çempion “Sabah” “LANDAU Lions”la qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, birinci turun digər oyunları oktyabrın 2, 3 və 4-də keçiriləcək.
Xatırladaq ki, 2025/26 mövsümünün final seriyasında “Sabah” daha əvvəl “Abşeron Lions” adlanan “LANDAU Lions”u 3:0 hesabı ilə məğlub edib.
