İspaniya dünya çempionluğundan sonra ilk dəfə doğma azarkeşlər önündə oynayacaq - AFİŞA

29 Sentyabr 2026 09:45
82
İspaniya dünya çempionluğundan sonra ilk dəfə doğma azarkeşlər önündə oynayacaq - AFİŞA

Bu gün, sentyabrın 29-da UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

İdman.Biz günün futbol afişasını təqdim edir.

Əsas qarşılaşmalar A3 qrupunda baş tutacaq. 2026-cı il dünya çempionu İspaniya çempionluqdan sonra ilk dəfə doğma meydanda oynayacaq. Sevilyada Xorvatiyanı qəbul edəcək. İspaniya I turda İngiltərəni 3:2 hesabı ilə məğlub edib. Xorvatiya isə Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Sevilyada turnirə qələbə ilə başlayan komandalar üz-üzə gələcək. Praqada isə Çexiya və İngiltərə ilk xallarını qazanmağa çalışacaqlar.

Digər diqqətçəkən qarşılaşma Qlazqoda keçiriləcək. Şotlandiya doğma meydanda İsveçrəni qəbul edəcək.

UEFA Millətlər Liqası

II tur

A Liqası

3-cü qrup (Oyunların Bakı vaxtı ilə qeyd olunub)

22:45 – Çexiya – İngiltərə
22:45 – İspaniya – Xorvatiya

B Liqası

1-ci qrup

22:45 – Şotlandiya – İsveçrə
22:45 – Sloveniya – Şimali Makedoniya

C Liqası

1-ci qrup

20:00 – Finlandiya – Belarus
22:45 – San Marino – Albaniya

3-cü qrup

20:00 – Moldova – Farer adaları
22:45 – Slovakiya – Qazaxıstan

4-cü qrup

22:45 – Bolqarıstan – Estoniya
22:45 – Lüksemburq – İslandiya

İdman.Biz