Dembele “Barselona”dakı illərindən danışdı: “Bu gün xəyal etdiyim oyunçuyam”

2 Oktyabr 2026 08:14
92
Dembele “Barselona”dakı illərindən danışdı: “Bu gün xəyal etdiyim oyunçuyam”

PSJ və Fransa millisinin hücumçusu Usman Dembele “Barselona”da keçirdiyi illərlə bağlı xatirələrini bölüşüb.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, fransalı futbolçu Kataloniya klubunda çıxışının onun peşəkar inkişafına kömək etdiyini deyib.

“Çox şey öyrəndim, irəliləyiş əldə etdim. “Barselona”da dörd-beş il keçirdim, müstəsna oyunçular, o cümlədən demək olar ki, mükəmməl olan bir nəfəri gördüm. Mən mükəmməl oyunçu olmaq istəyirdim. Bu gün mən xəyal etdiyim oyunçuyam”, - deyə Dembele bildirib.

Qeyd edək ki, fransalı vinger 2017-2023-cü illərdə “Barselona”nın formasını geyinib.

İdman.Biz