“Atletiko” İspaniya La Liqasında “Elçe”yə qarşı üç oyunluq qələbəsizlik seriyasına son qoyub.
İdman.Biz xəbər verir ki, Dieqo Simeonenin yetirmələri 14-cü turda səfərdə rəqiblərini 3:2 hesabı ilə məğlub ediblər. Madrid təmsilçisi bundan əvvəl “Elçe” ilə çempionatdakı son üç qarşılaşmanın ikisində uduzmuş, birində isə heç-heçə etmişdi.
Qarşılaşmanın 41-ci dəqiqəsində komandasının üçüncü və həlledici qolunu vuran Xulian Alvares məhsuldar çıxışını davam etdirib.
Argentinalı hücumçu klub və milli komanda səviyyəsində keçirdiyi son altı qarşılaşmada beş qol vurub və üç məhsuldar ötürmə edib.
Bu qələbə sayəsində 34 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksələn “Atletiko” lider “Barselona” ilə arasındakı fərqi iki xala endirib.
Qeyd edək ki, Madrid təmsilçisi dekabrın 2-də səfərdə “Barselona” ilə qarşılaşacaq.
