“Bavariya”nın baş məşqçisi Vensan Kompani Bundesliqanın 11-ci turunda “Hamburq”la qolsuz heç-heçə etdikləri qarşılaşmanı şərh edib.
İdman.Biz xəbər verir ki, belçikalı mütəxəssis heyətdəki itkilərə və komandasının azlıqda qalmasına baxmayaraq, futbolçularının xarakter nümayiş etdirdiyini vurğulayıb:
“Bu qarşılaşmada çox şey baş verdi. Gənc futbolçularımızın “Hamburq”la oyunda belə çıxış etmələri həqiqətən diqqətəlayiqdir. Bu mövsüm az oynayan Saşa Boenin müdafiədəki çıxışını da qeyd etmək istərdim. Bizim üçün bu, mentalitet məsələsidir. Bu gün həddindən artıq nikbin ola bilmərik, çünki istədiyimiz nəticəni əldə etməmişik.
Ancaq bu idman növündə təcrübən varsa, belə qarşılaşmalardan da faydalana biləcəyini bilirsən. Biz də bunu etmək istəyirik. Müəyyən məqamda vəziyyət dəyişəcək və qələbələr qazanmağa başlayacağıq. Hazırda mübarizə aparmalı, azarkeşlərimizlə birlikdə olmalı olduğumuz bir dövrdəyik. Bu mərhələdən daha güclü çıxa biləcəyimizi hiss edirik”.
Xatırladaq ki, qarşılaşmanın 44-cü dəqiqəsində Yoşua Kimmixin birbaşa qırmızı vərəqə alması nəticəsində “Bavariya” azlıqda qalıb.
