Pedro Neto “Çelsi”də 20 məhsuldar ötürməyə çatdı

29 Noyabr 2026 06:13
45
Pedro Neto “Çelsi”də 20 məhsuldar ötürməyə çatdı

“Çelsi”nin cinah oyunçusu Pedro Netonun London təmsilçisinin heyətində bütün turnirlər üzrə məhsuldar ötürmələrinin sayı 20-yə çatıb.

İdman.Biz xəbər verir ki, 26 yaşlı portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 12-ci turunda “Nottingem Forest”lə səfər qarşılaşmasının 89-cu dəqiqəsində Emmanuel Emeqanın qolunun ötürməsini verib.

Lakin bu qol London təmsilçisini məğlubiyyətdən xilas etməyib. “Çelsi” 2:3 hesabı ilə uduzaraq ölkə çempionatında ardıcıl üçüncü məğlubiyyətini alıb.

Qeyd edək ki, Neto “Vulverhempton”dan “Çelsi”yə təxminən 60 milyon avro (təxminən 120 milyon manat) qarşılığında transfer olunub.

İdman.Biz