“Arsenal” Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən futbolçusu İtan Nvanerini yanvarda geri qaytarmaq üçün hələlik addım atmayıb.
İdman.Biz xəbər verir ki, London klubu gənc yarımmüdafiəçinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı Almaniya təmsilçisi ilə əlaqə saxlamayıb.
Son həftələrdə 19 yaşlı futbolçunun oyun vaxtı kəskin azalıb. Nvaneri Dortmund təmsilçisinin heyətində cəmi dörd qarşılaşmaya start heyətində çıxıb.
“Arsenal”ın öz yetirməsini yanvarda geri qaytarmaq hüququ olsa da, hazırda klubun bu imkandan istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur.
Bununla belə, Nvaneri qarşıdakı həftələrdə daha çox oyun vaxtı qazanmasa, London klubunun mövqeyi dəyişə bilər.
