Portuqaliya millisinin futbolçusu Vitinya UEFA Millətlər Liqasının üçüncü turunda Danimarka üzərində əldə etdikləri 4:2 hesablı qələbəni şərh edib.
İdman.Biz “A Bola” nəşrinə istinadən xəbər verir ki, futbolçu komandanın Kriştianu Ronaldu ətrafında yaranmış vəziyyətdən uzaqlaşaraq oyuna köklənməyi bacardığını bildirib.
“Bəli, biz oyuna köklənməyə çalışdıq və buna nail olduq. Düşünürəm ki, möhtəşəm cavab verdik. Bununla əlaqədar bütün komandanı təbrik etmək istəyirəm”, – deyə Vitinya vurğulayıb.
Qeyd edək ki, Portuqaliya Danimarkanı 4:2 hesabı ilə məğlub edib. Vitinya da görüşdə komandasının üçüncü qolunu vurub.
