Yamal Bakıda Holandın rekordunu qıra bilər

19 Noyabr 2026 21:29
41
Yamal Bakıda Holandın rekordunu qıra bilər

“Barselona”nın hücumçusu Lamin Yamal “Sabah”la Bakıda keçiriləcək UEFA Çempionlar Liqası oyununda yeni rekorda imza ata bilər.

İdman.Biz xəbər verir ki, UEFA-nın rəsmi saytında dərc olunan statistikaya əsasən, ispaniyalı futbolçu bir qol vuracağı təqdirdə turnirdə 15 qola çatan ən gənc oyunçu olacaq.

Noyabrın 25-də keçiriləcək qarşılaşma günü Yamalın yaşı 19 il 135 gün olacaq. Hazırkı rekord isə Erlinq Holanda məxsusdur. Norveçli hücumçu Çempionlar Liqasında 15-ci qolunu 20 il 126 gün yaşında vurub.

Qeyd edək ki, “Sabah” - “Barselona” qarşılaşması liqa mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.Biz