“Real Madrid” əsas futbolçularından biri olan Cud Bellinqemlə uzunmüddətli müqavilə imzalamaq üçün danışıqları davam etdirir.
İdman.Biz “Sport.es”ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığı 2031-ci ilin yayına qədər uzatmağı planlaşdırır.
Məlumata görə, yeni müqavilə imzalanacağı təqdirdə Bellinqemin illik maaşı 20-25 milyon avroya (38,2-47,7 milyon manat) yüksələcək. Hazırda ingiltərəli futbolçunun illik məvacibi 15 milyon avronu (28,6 milyon manat) keçmir.
Tərəflər arasında qüvvədə olan müqavilənin müddəti 2029-cu ilin yayında başa çatacaq. Madrid klubu yeni razılaşma ilə futbolçunun komandadakı gələcəyini daha uzun müddətə təmin etmək niyyətindədir.
2023-cü ilin yayından “Real Madrid”də çıxış edən Bellinqem cari mövsümdə bütün turnirlərdə 16 qarşılaşmada meydana çıxıb, beş qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı ingiltərəli yarımmüdafiəçinin bazar dəyərini 160 milyon avro (305,6 milyon manat) qiymətləndirir.
