Vensan Kompani xəstəlikdən sonra ilk mətbuat konfransına qol sarğısı ilə çıxıb

19 Noyabr 2026 17:57
45
Vensan Kompani xəstəlikdən sonra ilk mətbuat konfransına qol sarğısı ilə çıxıb

“Bavariya”nın baş məşqçisi Vensan Kompani xəstəlikdən sonra işinə qayıdıb. Belçikalı mütəxəssis ilk mətbuat konfransına qolunda sarğı ilə qatılıb.

İdman.Biz xəbər verir ki, verilən məlumata əsasən, mütəxəssisin qolundakı sarğı çiyninin çıxması ilə əlaqədardır.

Kompani səhhəti ilə bağlı danışarkən ciddi problemin olmadığını bildirib:

“Sadəcə xəstələnmişdim. Oktyabr-noyabr aylarında hamının başına gələ biləcək haldır. Buna baxmayaraq, işləməyə davam edirdim, halbuki orqanizmim istirahət etməyimi tələb edirdi.

Ümumilikdə, ciddi heç nə baş verməyib. Hazırda sağlamam və dəstəyə görə hər kəsə təşəkkür edirəm”.

Belçikalı məşqçi ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Xatırladaq ki, 40 yaşlı mütəxəssis oktyabrın 23-də “Bavariya”nın ikinci komandasının məşqini izləyərkən huşunu itirib və xəstəxanaya yerləşdirilib. Həkimlər onda beyin qişalarının qıcıqlanması diaqnozunu müəyyənləşdiriblər. Kompani həmin hadisə zamanı çiynini də çıxarıb.

Altı gün xəstəxanada qalan baş məşqçi noyabrın 16-da ilk dəfə komandanın məşqini idarə edib.

Onun yoxluğunda “Bavariya”ya köməkçi məşqçi Aaron Denks rəhbərlik edib. Münhen təmsilçisi bu müddətdə dörd qələbə qazanıb və bir dəfə heç-heçə edib.

İdman.Biz
Məqalədə: